“Kimsə şübhə edirsə...” - Tite

kimse-subhe-edirse
Oxunma sayı: 1676

Braziliya millisinin baş məşqçisi Tite Belçikaya qarşı dünya çempionatının ¼ final mərhələsində keçirəcəkləri matçdan öncə açıqlamalar verib. “Qafqazinfo”nun məlumatına görə, təcrübəli mütəxəssis rəqibin heyətindəki ulduz futbolçulardan danışıb.

Tite həmçinin Neymara qarşı olan təzyiqlərdən də söz açıb: “Neymar Rusiyadakı 4 matçda 2 qol vurub. Bu yaxşı gpstəricidir. O, dünya futbolunun ulduzlarından biridir. Əgər kimsə şübhə edirsə, oyunlarının videolarına baxsın.

Onun oyunu məni xoşbəxt edir. Təkcə driblinqləri deyil həm də liderliyi ilə seçilir. Onun komandada böyük əməyi var. Matça hazırıq. Özümüzə inanırıq və çətin matç olacaq. Komandada probemlərdən biri Marselo ilə bağlıdır. O, artıq sağalıb. Felipe Luis iki əla matç keçirdi. Amma bu gün Marselo meydanda olacaq”.