“Kimsə toyda mənə deməsin ki, filan mahnını oxu”

“Kimsə toyda mənə deməsin ki, filan mahnını oxu”
Oxunma sayı: 1396

“Lazımsız və boş insanlar həyatımdan gəlib keçir. Mən nədənsə, onlara inanıb yanımda saxlayıram. Bu, məni əsəbiləşdirir. İnsanın özünə qoyduğu qadağalarda gözəllik var. Onlar nə qabardılmalı, nə də kiçildilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov “MTV Azərbaycan”a açıqlamasında bildirib. Sənətçi özünə qoyduğu çərçivələrdən də danışıb.

Eldar daha sonra şou-biznesdə dostunun olmadığını açıqlayıb: “Mənim dostlarım universitet illərində tanıdıqlarım, “Eurovision”dan qabaq gördüklərimdir. İndiyədək onlarla dostluq edirəm”. 

Bundan əlavə, ifaçı qeyd edib ki, müğənnilər sənətlərini toya qurban edirlər: “Şou-biznes yoxdur, toy biznesidir. Müğənnilər bütün yaradıcılıq işlərini toya çağırılmaq üçün edirlər. Onları qınamaq olmur. Mən toylara nadir hallarda gedirəm. Şərtim o olur ki, məclisdə öz mahnılarımı ifa edəcəyəm. Bu, mənim üçün çox vacibdir. Kimsə mənə yaxınlaşıb deməsin ki, filan mahnını oxu. Ona görə də, siyahı ev sahibinə öncədən təqdim olunur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi