“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto paylaşılıb. Fotoda qeyd olunur ki, 1-ci sinifə gedən şagirdlərə ölçüsü 52 olan məktəbli forması verilib. Məsələ ilə bağlı “Qafqazinfo” Qaradağ rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən bildiriblər ki, burada anlaşılmazlıq olub: “Valideynlər bizə bu barədə müraciət etməyiblər. Hər il icra hakimiyyəti tərəfindən aztəminatlı və kimsəsiz ailələrin uşaqları üçün məktəbli formaları verilir. Belə bir hal ilk dəfədir ki, yaşanır. Formalar səhv gedə də bilər. Biz məktəb direktoru ilə də əlaqə saxladıq. Bildirdik ki, valideynlərə çatdırsın ki, kimdə belə bir problem varsa, həmin formanı gətirib İcra Hakimiyyətinə təhvil versin. Əvəzində onların övladlarına uyğun ölçüdə forma veriləcək. Bundan əlavə, paylaşılan foto təxribat xarakteri daşıya bilər. Çünki formalar bütün yaş qrupları üzrə verilib. Biz qızlara boğazı yumru olan köynək vermişik. Şəkildə isə qadının əynində oğlan köynəyidir. Şalvar yerinə isə yubkadır. Ola bilər ki, ölçülər fərqli olsun. Amma bir paketdə geyimin birinin yubka, birinin isə oğlan köynəyi olması mümkünsüzdür”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər