Kino günündə yubileyini qeyd edən Manafov... -

kino-gununde-yubileyini-qeyd-eden-manafov-
Oxunma sayı: 886


“Qafqazinfo”nun məlumatına görə, aktyorun 60 yaşı tamam olur. 

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib. 

1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.

Manafov “Təhminə”, “Ölsəm bağışla”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Silah” və digər filmlərlə məşhurlaşıb.

“Qafqazinfo”