“Azərbaycan millisininin oyununu izləmişik. İnanırıq ki, uğurlu olacağıq. Bunun üçün hər şeyi edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan U-21 yığmasını qəbul edəcək İrlandiya U-21 millisinin baş məşqçisi Noel Kinq deyib.
Mütəxəssis millimizlə matçdan qalibiyyət gözlədiyini bildirib : “Son zamanlar üst səviyyədə oyun göstəririk. Komandamızın özünəinamı, gücü çox yaxşıdır. Daha çox çalışsaq, daha çox qazanacağıq. Futbolçumuz Deklan Raysın Azərbaycanla matçda meydanda olacağı əla haldır. Bu, bizə kömək edəcək. Komandamıza qarşı olan mənfi fikirlər də aradan qalxıb. Biz qələbə qazanmağa davam etməliyik”.
Son xəbərlər
Son Xəbərlər