Kipr prezidenti əməliyyat olundu

kipr-prezidenti-emeliyyat-olundu
Oxunma sayı: 884

Kipr prezidenti Nikos Anastasiadis əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə başçısı Tvitter hesabında bildirib.

Həkimlərin sözlərinə görə, N. Anastasiadis təxminən üç həftədən sonra iş başına dönə biləcək.

Xatırladaq ki, Anastasiadis Limasoldadakı bədbəxt hadisə nəticəsində bud nahiyəsini sındırmışdı. “CyprusMail” nəşrinin məlumatına görə, o, pilləkana dəyib yıxılmışdı.  

Qeyd edək ki, N. Anastasiadis Kiprə 2013-cü ildən rəhbərlik edir.