Kiprdə biznes mərkəzində partlayış olub.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, hadisə Limasol şəhərində baş verib. Məlumata görə, partlayış yerli vaxtla saat 07:45-də olub. Bildirilir ki, 6 mərtəbəli mərkəzdə baş verən partlayış güclü olduğuna görə, ərazidə avtomobil yolları bağlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Son xəbərlər
Son Xəbərlər