Kiqboksinq üzrə çempionat başa çatdı

kiqboksinq-uzre-cempionat-basa-catdi-
Oxunma sayı: 749


“Qafqazinfo” xəbər verir ki, mayın 25-27-si arasında keçirilən çempionatda medal uğrunda olduqca gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilirdi. Kiqboksinq üzra 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda NEFÇİ klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl,4 gümüş, 7 bürünc medala sahib olaraq, yarisin Kubokuna sahib olub. AKF-nın vitse-prezidenti Güloğlan Cabborov NEFÇİ klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Yeniyətmələr arasında isə kuboka Qızıl Əlcək idman klubunun idmançıları sahib olublar.