“Kiralık aşk”ın aktyoru yol qəzasında öldü

kiralik-askin-aktyoru-yol-qezasinda-oldu
Oxunma sayı: 11863

“Kiralık aşk” serialının aktyoru Oğuzxan Tükənməz yol qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 21 yaşlı aktyorun ölümü haqda məlumatı sənətçi Onur Akay yayıb. Serialda “Ozan” rolu ilə tanınan Oğuzxan İstanbulda gəzintiyə çıxdığı motosikletlə qəza törədib. Qarşıdan gələn avtomobil motosikleti vurduqdan sonra hadisə yerindən qaçıb.

Yaralı halda xəstəxanaya çatdırılan aktyorun həyatını xilas etmək mümkün olmayıb.