Kirayə ev axtarırsız? - Ucuzlaşma var+Video

kiraye-ev-axtarirsiz
Oxunma sayı: 696

Bakıda kirayə ev bazarında ucuzlaşma müşahidə olunur.

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, 3 ay əvvəlki qiymətlərlə hazırkı qiymətlər arasında 40 -50 manat fərq var. 

Rieltorlar kirayə mənzil bazarında ucuzlaşmanı mövsümlə əlaqələndirirlər. Yayda bir çoxlarının rayonlara üz tutması və xüsusuilə də universitet tələbələrinin tətilə çıxması sektora ciddi təsir edir.

Ucuzlaşma əsasən yeni tikililərdə və nisbətən bahalı evlərdə müşahidə olunur.

Kirayə mənzil bazarında qiymətlərin sentyabr ayından yenidən qalxacağı gözlənilir. Ekspertlər mənzil kirayələmək istəyənlərə indidən özlərinə münasib ev axtarmağı tövsiyə edirlər.