“Kirayə ev” elanları ilə tələbələri aldadan şəxs saxlanıldı - Video

kiraye-ev-elanlari-ile-telebeleri-aldadan-sexs-saxlanildi
Oxunma sayı: 3666

Bakıda “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”,- DİN-in məlumatında qeyd olunub.