Vergi Məcəlləsinə əsasən evini ya obyektini kirayəyə və ya icarəyə verən şəxs 14 faizilik gəlir vergisi ödəməlidir. Ancaq qanunun bu tələbinə riayət edənlər azdır. Buna ilk səbəb tərəflərin kirayə müqaviləsi bağlamamasıdır. Maraqlıdır ki, vergini əmlakını kirayəyə verən şəxs ödəməli olduğu halda, kirayəşinlər də müqavilə bağlamaqda maraqlı deyillər.
Digət tərəfdən müqavilə bağlansa belə, əksər hallarda orada kirayə haqqı əmlakın dəyərindən qat-qat aşağı göstərilir. Bu da külli miqdarda vəsaitin vergidən yayınmasına gətirib çıxarır.
Vergidən yayınma hallarına digər səbəb kirayə bazarına nəzarət mexanizmlərinin olmamasıdır. Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, məsələnin həlli üçün ilk növbədə elektron baza yaradılmalı, kirayə və icarə obyektlərinin məlumat reyestri o hazırlanıb ora daxil edilməlidir. Daha sonra notarial qaydada bağlanan müqavilələr üzrə gəlirlər vergiyə cəb edilməlidir.Müqavilədən yayınanları isə digər orqanlar müəyyən edə bilər.
Xəzər Xəbər
Son xəbərlər
Son Xəbərlər