Kirayə mənzil bazarında şok qiymət artımı

kiraye-menzil-bazarinda-sok-qiymet-artimi
Oxunma sayı: 2539


“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib: “Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qənaət etmək və daha uzun müddət Azərbaycada qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər. Eyni zamanda, paytaxtda yerləşən hotellərin böyük əksəriyyəti 4 və ya 5 ulduzlu olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, “budget hotellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar”.

Ekspert bildirib ki, kirayə ev sahibləri, xüsusən də mənzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə evlərin qiymətini yüksəldiblər: “İSİM-in monitoriqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır”.

Günel Türksoy