Kirayə qaldığı evdən pulu oğurlandı

kiraye-qaldigi-evden-pulu-ogurlandi
Oxunma sayı: 907

Bakıda mənzildən pul oğurlanıb. "Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.