Kirayədə qalanlar sosial yardım ala bilər?

kirayede-qalanlar-sosial-yardim-ala-biler
Oxunma sayı: 4134

“Kirayədə qalan şəxslər də ünvanlı sosial yardım ala bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yardım üçün müraciət edən şəxs kirayə müqaviləsinin xərclərini rekvizitlərdə göstərməlidir: “Bu zaman kirayə xərcləri və ümumi xərclər nəzərə alınaraq ünvanlı sosial yardım almaq mümkündür”.

Günel Türksoy