Kirayənişin ev sahibini bıçaqladı

kirayenisin-ev-sahibini-bicaqladi
Oxunma sayı: 2155

Bakıda Gürcüstan vətəndaşı adam bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. 

Qəsəbədə kirayədə yaşayan 1979-cu il təvəllüdlü Vüqar Məmmədov qısqanclıq zəminində ev sahibi, 1967-ci il təvəllüdlü Sərdar Hacıyevi bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.