Ev sahibi kirayənişinin oğurluq etməsi barədə polisə şikayət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib. 1-ci Alatavada yaşayan 1992-ci il təvəllüdlü Elçin Yolçuyev bildirib ki, onun evində kirayədə yaşayan Aqşin adlı şəxs oğurluq edib. Kirayənişin evdən patrayuyan maşın, soyuducu, televizor, 2 ədəd qızdırıcı soba, 3 ədəd çarpayı, sol və 2 ədəd stulu oğurlayaraq aparıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər