Kirkorov onlara Azərbaycan yeməkləri ilə sürpriz etdi - Video

kirkorov-onlara-azerbaycan-yemekleri-ile-surpriz-etdi
Oxunma sayı: 4504

Rusiyanın Xalq artisti Filip Kirkorov məşhur cütlük- opera divası Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazova sürpriz edib.

“Qafqazinfo” xəbər verir ki, Kirkorovun evinə qonaq gedən Netrebko və Eyvazov instagram sosial şəbəkəsində fəal şəkildə hekayələr, postlar paylaşaraq izləyicilərinə rus sənətçinin onlara şah plov, dolma, qutab və Azərbaycan milli mətbəxinin digər yeməkləri ilə ziyafət verdiyini bildiriblər. 

“Hörmətli qonaqlar üçün şah plov, kral şah plov”- deyə Kirkorov paylaşdığı videoda bildirib. Anna isə qeyd edib ki, süfrənin möhtəşəmliyinə vurulub. 

Xatırladaq ki, dünyaca tanınmış opera ifaçısı Anna Netrebko müsahibələrində dəfələrlə Azərbaycan mətbəxi barədə danışır, çox bəyəndiyini qeyd edir. Hətta sənətçi tez-tez instaqramda yeməklərimizin hazırlanması barədə videolar paylaşır, reseptini izləyiciləri ilə bölüşür.