Kirkorovun 11 minlik paltarları oğurlandı

kirkorovun-11-minlik-paltarlari-ogurlandi
Oxunma sayı: 1760

Rusiyanın pop kralı Filip Kirkorov oğurluqla üzləşib. “Qafqazinfo” xəbər verir ki, “Ya” adlı qastrol səfəri zamanı Pavlov şəhərində olan sənətçinin geyimləri oğurlanıb. 

Həmin paltarlar bahalı daşlardan, zinət əşyalarından hazırlanıb.  Oğurlanan geyimlər arasında Kirkorovun məşhur lələkli libası da yevar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib və 8 konsert üçün nəzərdə tutulan paltarların axtarışına başlanılıb. 

Bundan əlavə, hesablamalar zamanı məlum olub ki, Filip 11 min dollar ziyana düşüb.