“Kırmızı oda” reytinq qurbanı oldu

kirmizi-oda-reytinq-qurbani-oldu
Oxunma sayı: 3774

Türkiyənin "TV8" kanalında yayımlanan “Kırmızı oda” serialı ekranla vidalaşır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb serialın keçənilki reytinqdə olmamasıdır.

Keçən mövsüm Türkiyədə ən çox baxılan seriallardan biri olan “Kırmızı oda”da yenidən aktyor Erkan Petekkaya üçün səhnələr hazırlansa da, bu, reytinqin yüksəlməsinə təsir etməyib.

Bildirilib ki, serialın 61-ci seriyasında final bölümü yayımlanacaq.

Qeyd edək ki, serialda psixiatriya klinikasında həkimlərin və onlara müraciət edənlərin hekayələri canlandırılır.