“Kırmızı oda”nın ulduzları gecəyə damğa vurdu - Video + Fotolar

kirmizi-odanin-ulduzlari-geceye-damga-vurdu
Oxunma sayı: 4765

İstanbulda yerləşən “Zorlu Center Raffles Hotel”də “Golden Palm Awards” mükafatlandırma mərasimi baş tutub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu il yeddinci dəfə keçirilən gecəyə Özge Ulusoy aparıcılıq edib. Mərasim iranlı dizayner Azadeh Pourakbarın dəfiləsi ilə başlayıb.

Daha sonra mükafatlar sahiblərinə çatıb: “İlin rok ifaçısı” - Ufuk Beydemir, “İlin rep ifaçısı” - Norm Ender, “İlin türk sənət musiqisi ifaçısı” - Aslı Hünel, “İlin kişi kino aktyoru” - İsmail Hacıoğlu, “İlin kino layihəsi” - “Kesişme”, “İlin qadın xəbər aparıcısı” – Nazlı Çelik, “İlin mübahisə proqramı” – Seda Sayanla “Sabahın sultanı”, “İlin xəbər kanalı” – “Haber Global”, “İlin kişi xəbər aparıcısı” – Cem Öğretir, “İlin televiziya aktyoru” – Erkan Petekkaya, “İlin qadın kino aktrisası” – Vilma Elles, “İlin televiziya kanalı” – “Kanal D”, “İlin qəzeti” – “Hürriyet”, “İlin albomu” – Ebru Yaşar və s.  

Mükafatlandırma mərasimində Binnur Kaya “İlin qadın serial aktrisası” seçilib. Mükafatı sahibinə təqdim etmək üçün səhnəyə çıxan aktyor Erkan Petekkaya Binnur Kayanın qarşısında diz çöküb. Aktrisa da bu jest qarşısında eyni şəkildə diz çökərək tanınmış aktyora sarılıb. Məlumat üçün bildirək ki, onlar daha əvvəl “Kırmızı oda” serialında tərəf-müqabil olublar.