“Kişi adını daşıyan insan niyə belə hərəkət etsin?”

kisi-adini-dasiyan-insan-niye-bele-hereket-etsin
Oxunma sayı: 2909

Xalq artisti Flora Kərimova və əməkdar artist Teymur Əmrah arasında yaşanan qalmaqal böyüməyə başlayıb.

F.Kərimova “Qafqazinfo”ya açıqlamasında həmkarı haqqında sərt sözlərdən istifadə edib.

Xalq artisti Teymur Əmrahın ona qarşı qara piar apardığını söyləyib:

“Teymur haqqında çoxdan sərt danışmalı idim. Bütün bunların hamısı “Nuh” dövründən başlayıb. Kişi adını daşıyan insan niyə belə hərəkət etsin? Bunu başa düşmürəm. Mənimlə bağlı yutuba şikayət göndərib ki, oxuduğum mahnıların yayımına qadağa qoyulsun. Daha sonra “Qızıl fond”dan adımın yığışdırılmasını istəyir. İTV-də bu yaxınlarda mənim haqqımda danışıb. Ağılsız adamın söhbətləridir.

Rəşid Behbudova qara yaxıb, onun adından yalan danışıb. Daha sonra Elza İbrahimovanın adından yalan danışmağa başlayıb. Öyrənib ki, Rəşid Behbudov Elza İbrahimovaya deyib ki, filan mahnını Flora Kərimovaya verməyin, onu oxumağa layiq deyil. Elza xanımın qardaşı bu xəbərə çox hiddətlənib. Deyir, Elza xanım heç vaxt onunla danışmayıb. Yalanlarla özünə yer etmək istəyir. Bu, onun mənə qarşı qara piarıdır.

İndi deyir ki, mən onun paxıllığını çəkirəm. İndiyə kimi öyrənənlər və öyrədilənlərin əli hara çatıb? Teymur Əmrah mənim çox pis sürətinizdir. Onu mənim sürətim kimi qəbul edirlər, ölənə kimi də elə qəbul olunacaq. O, heç vaxt sərbəst müğənni olmayıb.

Teymur, alnında Flora Kərimova yazılıb. Səsinin tembrini, həyatını mənə oxşadırsan. Kişiliyin də mənə oxşasaydı, onda sən ikinci Flora Kərimova ola bilərdin. Ancaq özünü yerə çırpdı. Bilsin ki, mənə sataşan elin-obanın gözündən düşür. Mənə sataşmasınlar. Mən bu millətin övladıyam”.

Xatırladaq ki, Flora Kərimova “10-dan sonra” verilişində T. Əmrahın onun vətənpərvərliyinə şübhə etdiyini bildirmişdi.