Xalq artisti Rafiq Hüseynov (Rəmiş) həyat yoldaşı Gülü xanımla birlikdə "5/5" verilişinin qonağı.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısının açıqlaması sosial şəbəkədə müzakirələrə səbəb olub.
Belə ki, aparıcı Zaur Kamal Rəmişə xanımına verməsi üçün gül dəstəsi verib. Sənətçi isə buna etiraz edərək deyib:
“Vallah, kişi arvadına gül verməz”.
Zaur zorla gülü Gülü xanıma verdirib. Gitara ifaçısının xanımı “Görün onunla necə yola gedirəm. Görün ondan nə çəkirəm. Mənim dörd böyrəyim var” deyib.

Son xəbərlər
Son Xəbərlər