Şəkidə döyülmə faktı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Yaqub Süleymanov küçəsi ev 3 ünvanında yaşayan, 1953-cü il təvəllüdlü Şahin Lətif oğlu Burxanov və gəlini 1984-cü il təvəllüdlü Günel Telman qızı Burxanova bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı Ş.Burxanovun oğlu Teymur tərəfindən döyüldüyü məlum olub. Hadisə baş verən zaman qayınatasına köməyə gedənG.Burxanova da əri tərəfindən döyülüb.
Qayınata və gəlinə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən T. Burxanov polis tərəfindən saxlanılaraq izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər