Kişilər arasında 10 metr məsafədən hava tapançası ilə atəşdə Ruslan Lanev mübarizəyə qoşulacaq.
Eyni yarışda Rəsul Məmmədov da hədəfə düşməyə çalışacaq.
Kişilərin səngərdən stendi yarışlarında Əlimirzə Quliyev mübarizəsini 2 təsnifatda davam etdirəcək. Burada Elvin İsmayılov da ilk təsnifatda edə bilmədiyini etməyə çalışacaq.
Qadınların mübarizəsində isə 10 metrdən hava tapançası ilə atəş yarışlarına Nərminə Səmədova start verəcək. İrada Aşımova da bu növdə gücünü sınayacaq.
***
Baku2015.com saytının məlumatına görə, qarışıq yarışda İradə Aşımova oğlu Ruslan Lanevlə birlikdə Azərbaycan adına mübarizə aparacaq. Bu, onların birlikdə ilk yarışıdır.
***
Qadınların 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışlarında Azərbaycanı iki snayper təmsil edib. Lakin İradə Aşumova və Nərminə Səmədovanın çıxışı uğursuz alınıb.
***
Kişilərin səngər stendində ölkəmizi təmsil edən Elvin İsmayılov və Əlimirzə Quliyev yarışda uğursuz çıxış edib. Hər iki atıcımız mübarizəni dayandırdı.
Elsevər
Son xəbərlər
Son Xəbərlər