Kişi evdə ölü tapıldı

kisi-evde-olu-tapildi
Oxunma sayı: 814


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dörtmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. 

Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 15:21-da başa çatıb.

Murad Əhməd