Kişi evə zorla girmək istədi, qadın özünü atdı

kisi-eve-zorla-girmek-istedi-qadin-ozunu-atdi
Oxunma sayı: 765

Bakıda polis əməkdaşları 2 qadının həyatını xilas ediblər.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki 2-ci mərtəbədə yerləşən mənzilin eyvanında olan 3 nəfər qadından birinin özünü atdığını görüblər. Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.

Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırdır.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Murad Əhməd