“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı M. Osmanovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 09:23-də başa çatıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər