“Kişini etdiyi hər şeyə görə bağışlamaq olar. Kişi gedib başqasını sevəcək, sənə də deyəcəklər ki, sus, döz, kişidir. Sonra soruşurlar ki, uşaqların, paltarın yerindədir? Yaxşı yaşayırsan? Kişidir fikir vermə. Bununla razı deyiləm, amma eyni zamanda razıyam. Kişi güclü olmalıdır, sınmamalıdır. Kişi qadından güclü olarsa, o münasibətdə hər şey qaydasında olar. Heç bir ailəni müzakirə edə bilmərəm. Mən anlamadım bizdə də çox şey baş verdi. Ağır temadır, danışmaq istəmirəm. Arzularım çox deyil, hamısı oğlumla bağlıdır. Allah onun qarşısında məni sındırmasın”.
Müğənni geyimlərindən də danışıb:
“Nə qədər bahalı geyim alsam da, toya gedib ordakı qonaqlarda da həmin geyimdən görürəm. Yalnız mənim üçün geyim hazırlayan stilist olsa, geyim problemim həll olar. Məni Rihanna ilə müqayisə edirlər. Oxşarlığımız geyimlərimizdədir, ikimiz də eyni firmanın libaslarını geyinirik. Əminəm ki, qarderoblarımızın 70 %-i eynidir. Döymə etdirmək istəyirəm. Amma ağrıya dözümüm yoxdur. Deyirəm ki, əvvəl məni yatızdırın, ona da razı olmurlar. Çoxlu döymə fotoları toplamışam. Açarın iç hissəsini boynumun arxasına döymə etdirmək istəyirəm. Gözəl qadın olmasam da, cazibədar xanımam”.
Könül
Son xəbərlər
Son Xəbərlər