İki nəfər hamamda dəm qazından boğulub ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən günorta saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bahar bağlarında yerləşən nömrəsiz ünvanda baş verib.
Belə ki, həmin evdə kirayəşin kimi yaşayan 1986-cı il təvəllüdlü Həbib Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Əzimova hamamda dəm qazından zəhərlənmə nəticəsində ölüb. Hadisə yerinə baxış keçirilib və hər iki meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər