“Kişi kimi danışan qızlardan uzaq gəzirəm”

kisi-kimi-danisan-qizlardan-uzaq-gezirem
Oxunma sayı: 2239

Türkiyənin məşhur aktyoru Can Yaman “Hello” jurnalına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, serial ulduzu dərgiyə şəxsi həyatı barədə maraqlı məlumatlar verib.

“İndi həyatımda kimsə yoxdur. Real həyatda dəlicəsinə aşiq olmadım. Amma bu, seriallarda baş tutdu. Eyni çəkiliş meydançasında rol alan qəhrəmanların sevgili olması da normal haldır”,- deyən C. Yaman bəyəndiyi qadınları belə təsəvvür edib:



“Şəfqətli qadınlardan xoşum gəlir. Gülərüz, zarafatcıl olsun. Amma zarafat edərkən xanımlığını da qoruyub saxlasın. Qadının özünü ifadə etməyi, aurası, enerjisi və səs tonu çöx önəmlidir. Həyatımdakı qadın mənim ən yaxşı tərəflərimi ortaya çıxarmalıdır. Kişi kimi, yüksək səslə danışan qızlardan uzaq gəzirəm. Sirli xanımlardan xoşum gəlir. Soyuqqanlılarla işim olmaz. Məni dəyişdirməyə çalışan qızlardan uzaq gəzirəm”.