“Kişi müəllimlərə güzəştlər nəzərdə tutulmayıb”

kisi-muellimlere-guzestler-nezerde-tutulmayib
Oxunma sayı: 1034

“Kişi müəllimlərə hər hansı güzəştlər nəzərdə tutulmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O qeyd edib ki, müsabiqə şərtlərinə görə, hər hansı kateqoriya namizədlərin digərlərindən fərqləndirilməsi ədalətli deyil:

“Düşünürəm ki, məktəblərdə gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması kişi müəllimlərin bu sahəyə marağının artmasına səbəb olub. Artıq müəllim kimi çalışmaq istəyən kişi namizədlərin sayında artım müşahidə olunur”.

Gülnar Əliyeva