Kişi qadın paltarında həbsxanadan qaçmaq istədi - Video

kisi-qadin-paltarinda-hebsxanadan-qacmaq-istedi
Oxunma sayı: 2822

Braziliyanın Rio-de-Janeyro şəhərində bir məhkum həbsxanadan qadın paltarında qaçmaq istəyərkən saxlanılıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkum Clauvino da Silva qızının gətirdiyi silikon qadın maskası, qara saç və qadın paltarlarını geyərək cəza evindən uzaqlaşmağı planlaşdırıb. 

Bu zaman polislərin diqqətini çəkən Silva yenidən həbs olunub. 

Narkotik ticarəti ilə məşğul olan Clauvino da Silva nəzarəti daha güclü olan başqa bir həbsxanaya göndərilib.