Kişi salonunun açılışı üçün yığıncaq keçirən icarədar cəzalandırıldı

kisi-salonunun-acilisi-ucun-yigincaq-keciren-icaredar-cezalandirildi
Oxunma sayı: 1779

Balakən rayonunda karantin qaydalarını pozaraq, insanları bir yerə toplayıb yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb. İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.