Bakıda soyğunçuluq hadisəsi baş verib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, mayın 19-da səhər saatlarında şəxsin (kişi) evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.