“Dünən çox təəccübləndirici bir şey oldu. Bu gün də çoxalmaqdadır. Minlərlə sosial şəbəkədə üzr mesajları almışam”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri aktrisa Nəsrin Cavadzadə instaqramda yazıb.
N.Cavadzadə son müsahibəsindən sonra kişilərin ondan üzr istədiyini bildirib:
"Cinayət törətməyən və hörmətsizlik etməyən kişilər həmcinsləri adından məndən üzr istəyirlər. Bütün mesajları oxumaq mümkün deyil, ancaq “Çox utandım”, “Çox təəccübləndim” tipli mesajlar yazırlar. Əziz kişilər, təəccüblənməyin. Bir qadın adıyla özünüzə hesab açın, iki gözəl foto yerləşdirin. Sonra hər şeyin şahidi olacaqsız. Deməli, insanlıq hələ ölməyib, ümid var. Gözəl anaların gözəl oğullarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Nəsrin “Hürriyet” qəzetinə müsahibəsində kişilərin ona çılpaq fotolar atdığını, həmin şəkillərdən ibarət sərgi açacağını söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər