“Bir çox duet ortaqlarına fikir verirəm. Nə yan-yana yaraşırlar, nə səs tembrləri uyğun gəlir, nə də musiqi seçimi yaxşı olur. Kiminsə adı olduğu, kiməsə yaltaqlanmaq üçün duet oxuyurlar. Bizdə duetlə yaltaqlığı səhv salırlar. Bizim şou-biznesdə kişi müğənnilər, əsasən, qadın müğənnilərə yaltaqlıq edirlər. Duet oxumaq dəstək olmaqdır. Reper “Cin”ə dəstək olacam. Xəyyam Nisanova dəstək oldum, duetimiz onun yaradıcılığına yeni nəfəs gətirdi. Məndə duet oxumaq alınır. Başqaları duet oxuyub özünü biabır etməsin”.
Könül
Son xəbərlər
Son Xəbərlər