“Kişilərə daha qızılgül buketi verməyəcəyəm” - Poroşenko

kisilere-daha-qizilgul-buketi-vermeyeceyem
Oxunma sayı: 1450

“Bir daha kişilərə qırmızı qızılgüllərdən ibarət buket təqdim etməyəcəm”.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Petro Poroşenko Təhlükəsizlik Xidmətinin generalı Konstantin Brılyaya gül təqdim edərkən bəyan edib.

“Cəmiyyətin bununla bağlı tənqidi fikirləri ilə rastlaşdıqdan sonra qərara aldım ki, kişilərə buket verməyək”, - deyə Poroşenko söyləyib.

Qeyd edək ki, Ukrayna prezidentinin yeni baş nazir Vladimir Qroysmana qırmızı qızılgül buketi təqdim etməsi insanlar tərəfindən tənqid olunub.