“Kişilərə xanımlarla necə tanış olmağı öyrədəcəm...”

kisilere-xanimlarla-nece-tanis-olmagi-oyredecem
Oxunma sayı: 4176

Teleaparıcı Şəhriyar Əbilov rol aldığı “Qayınanamız” serialının təqdimat mərasiminə qatılıb. “Qafqazinfo”nun kamerası qarşısına keçən teleaparıcı yeni mövsümdə təqdim edəcəyi layihələrdən danışıb:

““Qayınanamız” serialında rol almağa başlamışam. Seriala gəlib, gedəcəyəm. Bir neçə seriya sonra seriala qayıdacam. Afaq xanımın xalası oğlu ilə birlikdə fırıldaqlar işlədəcəm. “Xoxan” filmində də fırıldaqçı makler idim. Fırıldaqçı tipim olmasa da, rejissorlar bu cür obrazlara çəkir. Rolun böyüklüyü önəmli deyil. “Bəyin oğurlanması” filmində “Hara? Ora” sözü partlamışdı, hər kəs Arif bəyi yadda saxlamışdı. Rolun böyüyü, kiçiyi olmaz. Əvvəl o obrazda özümü bəyənməmişdim, təkrar çəkilmək istəmişdim. Sonra mənə dedilər ki, serialda böyük sənət göstərməyə ehtiyac yoxdur. Səliqəli oynamaq kifayətdir.

Kamil Zeynallının təqdim etdiyi “Kişi klub” verilişində “Etiket” adlı rubrika təqdim edəcəm. Kişilərə xanımlarla danışmağı, necə tanış olmağı, toydan əvvəl görüləcək hazırlıqlar barədə mütəxxəsis kimi məsləhət görəcəm”.

Əbilov yeni biznesindən də söhbət açıb:

“Yeni biznes qururam. Sənətlə qabağa getmək çətindir. Aparıcı kimi fəaliyyət göstərirəm, toylara gedirəm. Sabah serial, toy olmayanda statusumu saxlamaq, fərqli geyimlər geyinmək üçün pul qazanmalıyam. Bir növ özümü sığortalayıram. Zövqlü müştərilərimiz çox olduğu üçün biznesim batmayacaq. Qorxaraq iş görən insanlar ilk addımda uduzurlar. Ona görə biznes sahəsində də uğur qazanacağımı bilirəm.

Soyadım Əbilovdur, ona uyğun mağazama “Abi love” adını qoydum. Kreativ addır, sosial şəbəkələrdə də bəyənildi. İnşallah, gələcəyin brendini əsasını qoyacağıq. Xaricdən gətirilən mallar satılacaq, daha sonra qadınlar üçün butik açacam, gələcəkdə isə həmin emblemlə milli geyimlər satılacaq. Bir neçə gün sonra mağazanın açılışı olacaq. Bu da mənim üçün bir uğurdur. 20 manatlıq pencəklə, 10 manatlıq şalvarı düzgün uyğunlaşdırsan, bahalı və zövqlü geyim əldə edərsən. Biz müştərilərimizə məsləhətlər də verəcəyik”.

Könül
Fotolar Nuran Məmmədov