“Kişilərin öpüşməsini qadağan etməliyik” - Adil Əliyev

kisilerin-opusmesini-qadagan-etmeliyik
Oxunma sayı: 4796

“Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə parlamentin vitse-spikeri Adil Əliyev parlamentdə çıxış edib. O, Baş Nazirin dünənki təlimatını icra etməyə çağırıb:

“Çünki təlimatda ciddi çağırışlar var. Bizim hər birimizin toxunulmazlığı vardır. Ancaq koronovirusdan toxunulmazlıq səlahiyyətini kimsə bizə verməyib. Məqsədimiz cərimə etmək deyil, təmasdan yayınmaqdır. Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsi qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.

Günel Türksoy