Kişilərin sağlamlığı üçün faydalı şirələr açıqlandı

kisilerin-saglamligi-ucun-faydali-sireler-aciqlandi
Oxunma sayı: 4901

Avropalı alimlər kişilərin sağlamlığı üçün faydalı ola şirələri açıqlayıb.

“Qafqazinfo”nun “Utro.ru”ya istinadən məlumatına görə, onlardan biri nar şirəsidir. Onun tərkibində çox sayda faydalı komponentlər var. Nar şirəsi A, B1, B2, B6 və C vitaminləri, eləcə də dəmir, maqnium, kalium və fosforla zəngindir. Antioksidantların sayına görə o hətta qırmızı şərabı geridə qoyur. Damarlar üçün faydalı olan şirə potensiyanı yüksəldir.

Qarpız şirəsi də oxşar təsirə malikdir. Belə ki, onun tərkibində damarları genişləndirən aminoturşu - sitrullin var.

Balqabaq və kərəviz şirələri testosteronun səviyyəsini yüksəldir. Bundan əlavə, sinklə zəngin olan balqabaq prostatitin profilaktikası üçün faydalıdır. Kərəviz isə mədə-bağırsaq traktatı və sidik daşı xəstəlikləri zamanı kömək edir.