Məşhur türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi İraz Yıldızdan ayrılması ilə bağlı yayılan iddialara cavab verib.
“Qafqazinfo” “Snob Magazin”ə istinadən xəbər verir ki, Karadağlı ayrılıq xəbərini təkzib edib.
“Elə bir şey yoxdur. Bu günə qədər şəxsi həyatımla bağlı danışmamışam. Danışmağı da doğru hesab etmirəm. Kişiliyə də yaraşdığına inanmıram”, - aktyor bildirib.
Xatırladaq ki, Türkiyə mətbuatında yayılan məlumata görə, Karadağlı 1 ildir eşq yaşadığı pianoçu sevgilisi ilə fikir ayrılıqlarına görə münasibətlərinə son qoyub.
Ayrılıq qərarından sonra cütlük birlikdə çəkdirdikləri fotoları instaqram hesabından silib və bir-birini izləmədən çıxarıblar.
Qeyd edək ki, Tamer Karadağlı özündən 30 yaş kiçik xanımla sevgili olduğu üçün izləyicilər tərəfindən tənqid olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər