Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində- Kiş çayı üzərindən müvəqqəti yolun salınması istiqamətində işlər tam olaraq yekunlaşdırılıb. Bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.
“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, Kiş çayının məcrasına yerləşdirilən 12 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni salınan müvəqqəti yol 4 metr enindədir.
Hazırda Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb. Nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr idi.
Təbii fəlakətin baş verdiyi əraziyə dərhal “Azəravtoyol” ASC-nin mütəxəsisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız Oxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.




Son xəbərlər
Son Xəbərlər