ABŞ-da yaşayan Keni Hayes adlı qadın sevgilisi tərəfindən xəyanətə uğradığını sosial şəbəkədə paylaşılan şəkil sayəsində başa düşüb.
“Qafqazinfo” xəbər verir ki, Hayes sosial şəbəkədə sevgilisinin başqa bir qadınla səmimi fotosunu görüb.
Həmin fotoda kişinin üzü düşməsə də, qadın sevgilisini bədənindəki döymələrdən tanıyıb.
Keni sevgilisindən ona xəyanət edib-etməməsi ilə bağlı soruşub. Kişi isə cavabında fotonun çoxdan çəkildiyini bildirib. Buna baxmayaraq, Hayes sevgilisinə inanmayıb və nəticədə məlum olub ki, foto bu ilin fevralında çəkilib.
Son xəbərlər
Son Xəbərlər