“Qafqazinfo”nun Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Rüstəm Abdullayev və Faiq Xudiyevin üzərinə baxış keçirilib.
R.Abdullayevin üzərindən 15 ədəd, F.Xudiyevin düz bağırsağından 13 ədəd metadon adlı həb aşkar olunub.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52 qram təşkil edir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər