Kişinyovda partlayış - 20 yaralı

kisinyovda-partlayis
Oxunma sayı: 2648

Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb, yaralananların hamısı xəstəxanalara yerləşdirilib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, partlayış Kişinyovun mərkəzi bazarında yerləşən yeməkxanaların birində baş verib. Partlayışın qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.