“Kişinyovdakı danışıqları səbirsizliklə gözləyirik”

kisinyovdaki-danisiqlari-sebirsizlikle-gozleyirik
Oxunma sayı: 1351

“Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter hesabında yazıb.

Onun sözlərinə görə, bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiq etmək, sərhədlərin delimitasiyası üzrə irəliləmək, eləcə də sərhəd ərazilərdə riskləri azaltmaq vacibdir: “30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta gərək duyulur. Cəsarətli qərarlar lazımdır”.

Həmçinin oxuyun: Церемония встречи Ицхака Герцога - Видео