“X Maqazin” proqramı şou-biznes üzvləri arasında maraqlı soruğu keçirib. “Qafqazinfo” xəbər verir ki, onlar tanınmış simalara “Əks cinsin nümayəndəsi olsaydız, nə edərdiniz?” – sualını ünvanlayıblar.
Əməkdar artist Tünzalə Ağayeva suala maraqlı cavab verib. O, varlı bir kişi olmaq istədiyini qeyd edib: "Yaxşı ailə başçısı, gözəl qadınla tanış olmaq istərdim. Aristokrat, Varlı olmaq istəyərdim. Kişiyə varlı olmaq yaraşır".
Digər əməkdar artist Lalə Məmmədova isə “Kiminsə sözü ilə evlənməzdim. Sevib evlənərdim. Əlini tutduğum qadın olsaydı, buraxmazdım. Övladlarıma yaxşı ata olardım”- deyə bildirib.
Rəqqasə Fatimə Fətəliyeva isə “Gözəl xanımlara vurulardım. Gündə birini sevərdim”- bildirərək sorğuda iştirak edib.
Mənzurə Musayeva isə qadın kimi özünlə fəxr etdiyini vurğulayıb: “Xanım kimi gözələm, özümlə fəxr edirəm. Mənzurə kimi özümü təsdiqləmişəm”.
Son xəbərlər
Son Xəbərlər