Kıvanç Tatlıtuğ koronavirusa yoluxub?

kivanc-tatlitug-koronavirusa-yoluxub
Oxunma sayı: 2973

Bir neçə saat bundan əvvəl xəstəxanaya yerləşdirilən aktyor Kıvanç Tatlıtuğ açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi məlumatı təsdiq edib, koronavirusa yoluxma barədə şübhələrinin olduğunu bildirib:

“15 gündür xanımımla evdə olmuşam. Ancaq bəzi şikayətlərim olduğu üçün xəstəxanaya getdim, məni nəzarətə götürdülər. Xahiş edirəm, narahat olmayın. Mən yaxşıyam, COVİD-19 virusunun olub-olmamasını müəyyənləşdirmək üçün test vermişəm, cavabları gözləyirəm. Sizə məlumat verəcəm”.