“Kiyev danışıqlar prosesindən çıxıb” - Rusiya XİN

kiyev-danisiqlar-prosesinden-cixib
Oxunma sayı: 1581

“Kiyev faktiki olaraq danışıqlar prosesindən çıxıb”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Xeyr, danışıqlar davam etdirilmir”, - deyə Rudenko söyləyib.

Onun sözlərinə görə, Kiyev Rusiyanın müqavilə layihəsinə cavab verməyib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar fevralın 28-dən həyata keçirilib. Hər iki ölkənin nümayəndələr heyəti bir neçə dəfə Belarusda görüşsə də, sonradan danışıqlar onlayn formatda keçirilib. Bununla yanaşı, tərəflər martın 29-u İstanbulda görüş keçirib.